Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon MKS-də ”Nəsimi poeziyası”adlı bədii qiraət müsabiqəsinə hazırlıq məqsədilə növbəti məşğələ keçirilmişdir.

13.02.2018

10 fevral 2018-ci il tarixdə Ağdaş rayon MKS-nin oxu zalında Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin tapşırığına əsasən şəhər(rayon) mərkəzi kitabxanalarında ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan respublika üzrə uşaq və məktəblilər arasında keçiriləcək "Nəsimi poeziyası" adlı bədii qiraət müsabiqəsinə hazırlıq məqsədilə növbəti məşğələ keçirilmişdir. 
Məşğələdə 65 saylı kitabxananın oxucuları, 3 saylı Beynəlmiləl məktəbin VII sinif şagirdləri - Fidan Dadaşzadə, Yusif İsmayılov və Aişə Məmmədovanın ifasında Nəsiminin qəzəlləri dinlənilmişdir.