Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayonunda 2 fevral Gənclər Günü qeyd edilmişdir.

05.02.2018

Ağdaş rayon Gənclər və İdman idarəsi və Ağdaş rayon MKS-nin Gənclər kitabxanasının təşkilatşılığı ilə rayon Heydər Əliyev Mərkəzində  tədbir keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzdülər,sonra Gənclər kitabxanasının və istedadlı gənclərin hazırladığı əl işləri sərgisinə baxış keçirildi və tədbirin rəsmi hissəsi başladı.Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov çıxış edərək “2 fevral gənclər günü” münasibəti ilə gəncləri təbrik etdi və bütün Ağdaşlı gənclərə peşə fəaliyyətində, təhsilində,şəxsi həyatlarında uğurlar arzuladı. YAP-nın Ağdaş rayon təşkilatının aparat rəhbəri İsa Eminov,ADHK-nin Tələbə Gənclər Təşkilatının sədri Dilarə Manafova “2 fevral gənclər günü” münasibəti ilə gəncləri təbrik etdi və hər bir gəncə uğurlar arzuladılar.Tədbir iştirakçılarına ötən il ərzində Gənclər və İdman sahəsində görülmüş işlər və keçirilən tədbirlər haqqında video çarx nümayiş olundu.Rəsmi hissə başa çatdıqdan sonra Rayon Mədəniyyət Mərkəzinin musiqi kollektivinin ifasında konsert proqramı təqdim olundu. İl ərzində müxtəlif sahələrdə fərqlənən bir qrup gənclərə Gənclər və İdman idarəsi tərəfindən hədiyələr təqdim olundu.