Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş şəhər uşaq musiqi məktəbində müsabiqə qaliblərinin mükafatlanıdırılması mərasimi keçirilib.

18.10.2019

17 oktyabr 2019-cu il tarixində Habil Əliyev adına Ağdaş şəhər uşaq musiqi məktəbində Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının və Gənc pianoçuların IV Respublika müsabiqəsinin qaliblərinin mükafatlanıdırılması mərasimi keçirilib.

Tədbirdə Ağdaş Regional Mədəniyyət İdarəsinin əməkdaşları, mədəniyyət işçiləri, müsabiqələrdə uğur qazanmış müəllim və şagirdlər iştirak edib.

Tədbirdə çıxış edən Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev qalibləri təbrik edərək, ölkəmizdə musiqi təhsilinin inkişafından, müsabiqələrin əhəmiyyətindən, milli musiqi alətlərinin təbliğindən və bu sahəyə göstərilən dövlət qayğısından söz açıb.

Sonda qaliblərə Mədəniyyət Nazirliyinin diplom və fəxri fərmanları təqdim edilib.