Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon Gənclər kitabxanasında Mütaliə günü münasibətilə tədbir keçirilib.

16.10.2019

16 oktyabr 2019- il tarixində Ağdaş MKS-nin 1 saylı Gənclər kitabxanasında Mütaliə günü ilə əlaqədar  "Kitab oxumayan dərin fikirləşə bilməz"adlı mütaliə saatı keçirilib. Tədbiri giriş sözü ilə 1 saylı Gənclər kitabxanasının müdiri Zəkəriyyəyeva Şəfa açaraq qeyd edib ki, müasir dövrdə kitabxanaların qarşısında duran ən mühüm problem mütaliədir.Mütaliə edən xalqın intelektual və şüur səviyəsi daim yüksəlir. Mütaliə bir cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar.Daha sonra Heydər Əliyev Mərkəzinin Baş fond mühafizi Roman Əhmədov çıxış edərək,gənclərə mütəmadi olaraq kitab oxumağı tövsiyə edib.