Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Elza İbrahimova - 80

30.01.2018

27 yanvar 2018-ci ildə Ağdaş rayon Mərkəzi kitabxanasının Oxu zalında istedadlı bəstəkar Elza İbrahimovanın 80 illiyi münasibətilə musiqili tədbir keçirildi. 
Tədbiri giriş sözü ilə MKS-nin direktoru Seyfəddin Feyzullayev açaraq qeyd etdi ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Elza İbrahimovanın 80 illik yubileyinin keçirilməsi haqqında 22 dekabr 2017-ci il tarixdə Sərəncam imzalamışdır. Seyfəddin Feyzullayev Sərəncamın icrasını təmin etmək məqsədilə kitabxanalar qarşısında duran vəzifələrdən danışdı. 
Direktor müavini Sevgili İbrahimova unudulmaz sənətkarımız Elza İbrahimovanın həyatı və musiqi fəaliyyəti haqqında məruzə ilə çıxış etdi. 
Tədbirdə Elza İbrahimova haqqında video-çarx nümayiş etdirildi. Tədbir boyu bəstəkarın mahnıları tanınmış müğənnilərin ifasında səsləndirildi.