Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nəsiminin 650 illiyi ilə əlaqədar silsilə tədbirlər davam edir.

10.10.2019

9 oktyabr 2019-cu il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşlarının təşkilatçılığı ilə M.F.Axundov adına Gəlmə kənd tam orta məktəbində “Nəsiminin humanist ideyalarının təntənəsi" adlı tədbir keçirilib.

Tədbirdə muzeyin elmi işçisi Ziyalə Əliyeva və muzeyin əməkdaşı Tünzalə Osmanova çıxış edərək bildiriblər ki,2019-cu ildə Azərbaycanın böyük şairi İmaməddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncam imzalamışdır. Eyni zamanda cənab Prezidentin müvafiq Sərəncamı ilə 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan edilmişdir.

 İmadəddin Nəsimi dərin,sarsılmaz inam və işıqlı ideya sahibi olmuşdur.Sözün böyük mənasında heyrət doğuran cəhət budur ki,şair öz həqiqətini yalnız poeziyasının qüdrəti hesabına deyil,şəxsi dönməzliyi, fədakarlığı ilə əfsanələrə çevrilmiş,mərdanə və amansız ölümü ilə təbliğ və təsdiq edilmişdir.

 Tədbirdə məktəbin müəllimi Gülyanə Bəkirova və 5-ci sinif şagirdləri öz çıxışlarında qeyd ediblər ki,adı dünyanın ölməz söz sənətkarları sırasında şərəfli yer tutan,ana dili poeziyamızın inkişafında müstəsna rol oynayan mütəffəkir şair İmaməddin Nəsimi əbədi yaşayacaq bədii irs yaratmışdır.