Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayon Mədəniyyət Mərkəzində “Beynəlxalq Ahıllar Günü” qeyd edilib.

03.10.2019

1 Oktyabr “Beynəlxalq Ahıllar Günü” ilə əlaqədar Zərdab rayon Mədəniyyət Mərkəzində "Ömrün payız fəsli" adlı tədbir təşkil olunub. Tədbirdə uzun illər mədəniyyət sahəsində səmərəli fəaliyyəti ilə seçilmiş bir qrup veteran işçilər, rayon mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər. Tədbirə dəvət olunmuş veteran işçilər ötən illəri yada salaraq öz xatirələrini bölüşüblər.Sonra onların ifasında mahnı və musiqilər səslənib. Sonda görüş iştirakçılarına Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Zərdab rayon təşkilatının “Fəxri fərman”ları təqdim edilib.