Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon Mədəniyyət Mərkəzində “Sülh aylığı” çərçivəsində yekun tədbir keçirilib.

25.09.2019

Ağdaş rayon Mədəniyyət Mərkəzində 21 avqust - 21 sentyabr “Sülh aylığı” çərçivəsində tədbir keçirilib.Tədbirdə ilk öncə Azərbaycan Dövlət Himni səsləndirilmişdir.Sonra çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Xalid Zamanov Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq keçirilən “Sülh Aylığı” barədə ətraflı məlumat vermiş, bu münasibətlə respublikanın hər yerində maarifləndirici tədbirlərin keçirildiyini və bu tədbirlərə çoxsaylı insanların cəlb edildiyi bildirmişdir. Məruzə ilə çıxış edən Mədəniyyət Mərkəzinin əməkdaşları Arzu Musayeva, Mülayim Əsədova və Cəmilə Cabbarova “Sülh aylığı”nın  keçirilməsinin əsas məqsədinin insan hüquqlarının, o cümlədən təhsil, sağlamlıq hüquqlarının müdafiəsinə yönəldiyini vurğulamışlar. 

          Ağdaş Regional Mədəniyyət İdarəsinin rəis müavini Sahib Şükürov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli Fəaliyyət Planı” və Birləşmiş Millətlər Təşkilatının “İnsan hüquqlarının konvensiyası" ilə bağlı ətraflı məlumat vermişdir.

         Tədbirdə Mədəniyyət Mərkəzinin əməkdaşları ilə yanaşı Ağdaş Regional Mədəniyyət İdarəsinin məsləhətçiləri Mirqələm Əliyev, Kəmaləddin Sarıyev,kitabxana və muzey işçiləri də iştirak ediblər.

         Tədbirdə eyni zamanda kiçik rəssamların əl işlərindən ibarət əsərlər sərgilənmiş, konsert proqramı təqdim edilmişdir.