Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş Dövlət Rəsm Qalereyasında ”Beynəlxalq sülh günü” münasibətilə tədbir keçirilib.

21.09.2019

20 sentyabr 2019-cu il tarixində Ağdaş Dövlət Rəsm Qalereyasında Ağdaş rayon MKS-nin 13 saylı filial kitabxanası ilə birlikdə 21 sentyabr "Beynəlxalq sülh günü" münasibətilə tədbir keçirilib.Tədbiri giriş sözü ilə Ağdaş rayon MKS-nin 13 saylı filial kitabxanasının müdiri Hicran Abdurrəhmanova açıb.Daha sonra Ağdaş Dövlət Rəsm Qalereyasının əməkdaşı Gülnarə Rüstəmova çıxış edərək qeyd edib ki,Sülh günü ilk dəfə 1981-ci ildə BMT tərəfindən təsis edilib və elə həmin ildən də sentyabrın hər üçüncü çərşənbə axşamı qeyd edilib. 2001-ci ildə Birləşmiş Krallıq tərəfindən təklif edilən qətnaməyə əsasən məhz sentyabr ayının 21-i Sülh günü, ümumdünya atəşkəs günü kimi qeyd olunur.

           BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında Yaponiyanın hədiyyəsi olan “Sülh zəngi” mövcuddur. Zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri qeyd olunub. 2007-ci ildə BMT-nin baş katibi Pan Gi Mun “Sülh Zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağa və bir dəqiqəlik sükuta çağırıb.       Ağdaş rayon MKS-nin 13 saylı filial kitabxanasının kitabxanaçısı Aygün Hacıyeva çıxış edərək bildirib ki,  Azərbaycan xalqı hər zaman sülhsevər xalq olub. Uzun illər boyu öz qoynunda bütün millətlərə yuva açıb, onlarla qardaş kimi davranıb, hər dərdinə-sərinə həyan çıxıb. Azərbaycan xalqı müharibə, dava-dalaş arzulamayıb və özü də müharibə başlatmayıb. Heç kimin torpağında, malında-mülkündə, sərvətində gözü olmayıb. Bu Beynəlxalq Sülh Günündə arzu edirik ki, Azərbaycan sülh yolu ilə öz Qarabağına və digər torpaqlarına qovuşsun! 

        Tədbirdə Pərviz Babayev adına 7 saylı tam orta məktəbin şagirdləri şeirlər söyləyiblər.Sonda 21 sentyabr “Beynəlxalq sülh günü”nə aid sərgiyə baxış keçirilib.