Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon Mərkəzi kitabxanasında “Əsrin müqaviləsi-25” adlı tədbir keçirilib.

20.09.2019

19 sentyabr 2019-cu il tarixində  Ağdaş rayon Mərkəzi kitabxanasının oxu zalında müstəqil  Azərbaycannın tarixində mütərəqqi rol oynamış “Əsrin müqaviləsi” adlı neft  kontraktının bağlanmasının  25 illiyi münasibətilə dəyirmi masa  keçirilib.

       Tədbirdə çıxış edən MKS-nin direktoru Seyfəddin Feyzullayev Azərbaycanda neft sənayesinin tarixi, inkişafı, keçdiyi yol haqqında ətraflı məlumat verib, Ümummilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının başlanğıcı olan “Əsrin müqaviləsi”nin əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd edib ki,20 sentyabar 1994-cü ildə müqavilə imzalandıqdan sonra ölkə rəhbərliyi neftdən gələn gəlirləri vətəndaşların sosial-mədəni, iqtisadi inkişafına sərf etməyə imkan verən idarəetmə sistemi ortaya qoyub.Qazanılan kapital  Azərbaycan vətəndaşının rifahına, ordu quruculuğuna,elm,təhsilin inkişafına xərclənməkdə davam edir.

         MKS-nin əməkdaşı Vüsalə           Məmmədova çıxışında qeyd edib ki, keçən müddət ərzində Azərbaycan "Əsrin müqaviləsi"ndən geniş bəhrələnmişdir. Ölkənin beynəlxalq aləmdə nüfuzu xeyli artıb, etibarlı tərəfdaş imici formalaşıb və  Azərbaycan zəngin məmləkətlərdən birinə çevrilib. Bütün sahələr üzrə sürətli inkişaf tempi indi də saxlanılır.Vurğulanıb ki, bu inkişafı  hazırda cənab Prezident İlham Əliyev böyük uğurla inkişaf etdirməkdədir. 2017-ci il sentyabrın 14-də imzalanan "Yeni əsrin müqaviləsi" məhz bu  zəhmətin bəhrəsidir.

    Tədbirdə “Əsrin müqaviləsi-Azərbaycanın uğurlu inkişafıdır”adlı video-çarx nümayiş olunub və “Əsrin müqaviləsi-25” adlı sərgiyə baxış olub.