Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayonunda “Milli Musiqi Günü” silsilə tədbirlərlə qeyd olunub.

20.09.2019

18 Sentyabr- Mili Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıbəyovun doğum günü ilə əlaqadar Zərdab şəhər fəhlə qəsəbəsində yerləşən 1 saylı Diyarşünaslıq evində Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə "Milli musiqimiz-Milli mənəvi sərvətimizdir” adlı tədbir- konsert proqramı təşkil olunub. Tədbirdə Diyarşünaslıq evinin dərnək üzvləri və Mədəniyyət Mərkəzinin bədii özfəaliyyət kollektivi iştirak edib. İlk öncə çıxış edən Mərkəzin direktoru Elyura Məmmədova, Rayon İcra Hakimiyyəti aparatının məsul işçisi Zamil Əliyev,bədii rəhbər Əlniyyət Əliyev,təqaüddə olan təcurbəli mədəniyyət işçisi Arif imanov,Diyarşünaslıq evinin direktoru Fərhad Qasımov Milli Musiqi Gününün yaranma tarixi, Ü.Hacıbəyovun həyat və yaradıcılığı haqqında iştirakçılara məlumat veriblər. Konsertin aparıcısı Diyarşünaslıq evinin bədii rəhbəri Teyyub Xəlilov və kollektivin hazırladığı konsert proqramı qəsəbə sakinlərinin geniş marağına səbəb olub.