Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayon uşaq incəsənət məktəbində Milli Musiqi Günü qeyd olunub.

19.09.2019

18  sentyabr 2019-cu il  tarixdə Üzeyir Hacıbəyovun anadan olmasının 134-cü ildönümü münasibəti ilə “Milli musiqimizin banisi” başlığı altında tədbir keçirilib.Tədbirdə məktəbin direktoru Nicat Əlifi, Tədris İşləri üzrə direktor müavini Nazim Əzizov, məktəb üzrə həmkarlar təşkilatı komitəsinin sədri Nəzakət Qarayeva ilə bərabər Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin kollektivi,məktəbin müəllimələri və şagirdləri iştirak ediblər.İlk öncə məktəbin direktoru Nicat Əlifi çıxış edərək bütün tədbir iştirakçılarını salamlayıb və  tədbiri açıq elan edib.

     Məktəbin musiqi ədəbiyyatı müəllimi Mətanət Hamazova Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı barədə çıxış edərək, bəstəkarın Azərbaycan Milli musiqisinə verdiyi töhvələrdən danışıb.

      Sonra tədbir musiqi proqramı ilə davam edib. İlk öncə məktəbin fortepiano ixtisası üzrə V-sinif şagirdi Fəridə Şəmmədova bəstəkarın “Sevgili canan” əsərini ifa edib.Sonra bəstəkarın bir çox əsərləri və operalardan hissələr məktəb şagirdləri tərəfindən məharətlə ifa edilib. Sonra məktəbin şagirdlərdən ibarət Xalq çalğı alətləri ansamblı “Uzundərə” rəqsini ifa edib və məktəbin xanəndəlik ixtisası üzrə II-sinif şagirdi Elvin İsayev “Arşın mal alan” əsərindən bir hissə ifa edib. Xoreoqrafiya ixtisasının şagirdlərdən ibarət rəqs kollektivi çıxışları ilə tədbirə rəngarənglik qatıblar.

       Tədbirin sonunda  bəstəkarın “Koroğlu” operasından üvertura səslənib.