Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayonu,Ləki qəsəbə klubunda “Dünyaya sülh gərəkdir” adlı tədbir keçirilib.

16.09.2019

14 sentyabr 2019-cu il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ləki qəsəbə klubunda “Dünyaya sülh gərəkdir” adlı tədbir keçirilib.

Klub və kitabxana işçilərinin təşkilatçılığı ilə keçirilən tədbirdə Aidə Yaqubova, Arzu Əmirova iştirakçılara Beynəlxalq Sülh Günü barədə ətraflı məlumat veriblər.

   Sonra məktəblilər sülhə, Vətənə aid şeirlər söyləyiblər, birlikdə Azərbaycan Dövlət Himnini oxuyublar.