Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Arif Məmmədov adına Göyçay rayon uşaq musiqi məktəbində tədbir keçirilib.

16.09.2019

16 sentyabr 2019-cu il tarixində Arif Məmmədov adına Göyçay rayon uşaq musiqi məktəbində “Bilik günü” və 2019/2020-ci tədris ilinin başlanması münasibətilə tədbir keçirilib. Müəllim və valideynlərin iştirakı ilə keçirilən tədbirdə çıxış edən məktəbin direktoru Rövşən Zamanov məktəbə yeni qəbul olunmuş şagirdləri təbrik edib, yeni tədris ilində şagird və müəllimlərə uğurlar arzulayıb.

         Sonra məktəbin müəllimlərinin ifasında konsert proqramı təqdim olunub.