Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon Mərkəzi kitabxanasında “Beynəlxalq Sülh Günü” münasibətilə tədbir keçirilib.

15.09.2019

14 sentyabr 2019-cu il tarixdə Ağdaş Mərkəzi kitabxananın oxu zalında “21avqust - 21 sentyabr Sülh aylığı” çərçivəsində və 21 sentyabr Beynəlxalq Sülh günü” münasibətilə tədbir keçirilib.

        Tədbiri giriş sözü ilə MKS-nin direktoru Seyfəddin Feyzullayev açaraq  qeyd edib ki, 21 sentyabr - Beynəlxalq sülh günü 1981-ci ildə BMT tərəfindən təsis olunub. Sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında qalan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan hər zaman sülhün tərəfdarıdır.

         MKS-nin əməkdaşı Aynurə Çələbiyeva "Beynəlxalq Sülh Günü"nün tarixi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək bildirib ki, "Beynəlxalq Sülh Günü" 21 sentyabr 1981-ci ildə BMT tərəfindən təsis edilib. Həmin il dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs verib. İlk dəfə "Beynəlxalq Sülh Günü" BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh zəngi”nin çalınması ilə başlayıb. Yaponiya parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri yazılıb.

         2007-ci ildə BMT-nin Baş katibi Pan Gi Mun həmin “Sülh zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağa və bir dəqiqəlik sükuta çağırıb. BMT-nin Baş katibinin hər il "Beynəlxalq Sülh Günü" münasibətilə dünya xalqlarına müraciətlərində deyilir ki, münaqişələrin səngiməsi, atəşkəs rejiminə tərəflərin qarşılıqlı şəkildə əməl etməsi təkcə insanların əmin-amanlıq şəraitində yaşaması deyil, eyni zamanda inkişaf, tərəqqi, bəşəri təhlükəsizliyə təminatdır.

       Ağdaş rayon İH-nin məsul işçisi Möhlüd Hacıxanov çıxış edərək Prezident İlham Əliyevin istər beynəlxalq tribunalardan, istərsə də doğma yurd-yuvasını itirmiş bir milyon qaçqın və məcburi köçkünlə görüşlərində bəyan etdiyi kimi, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulan respublikamız münaqişənin dinc vasitələrlə, beynəlxalq norma və prinsiplər əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə təsdiqləsə də, təcavüzkar Ermənistanın tamamilə bunun əksini göstərməkdə olduğunu qeyd edib.

       Sonda sülhün bəşəriyyətin məqsədi, missiyası, həm də bütün insanların haqqı olduğunu tərənnüm edən  və mahnılar səslənib və videoçarx nümayiş olunub.