Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Həsən bəy Zərdabi muzeyində “Sərhəddən başlanır Vətən” adlı tədbir keçirilib.

15.09.2019

13  sentyabr 2019- cu il tarixində Zərdab rayonu Həsən bəy  Zərdabi muzeyində  “Sərhəddən başlanır Vətən” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə muzeyin direktoru Vəfa Bayramova açaraq qeyd edib ki, insanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hissi hər kəsin doğulıub boya–başa çatdığı elə,obaya,torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətindən qaynaqlanır. Vətənpərvərlik insanın canından qanından gəlməlidir. Hər bir vətəndaş öz vətəni uğrunda canından keçməyə, öz torpağını qorumağa borcludur. Azərbaycan xalqı  gələcəyimiz olan gənc  nəslin vətənə məhəbbət, xalqa,elinə və obasına hörmət, soykökünə, öz ata –babalarının ənənələrinə sədaqət ruhunda  tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyati əhəmiyyətli məsələ kimi baxıb.Uğrunda qan tökülən torpağa Vətən deyilir.Tarix boyu vətənpərvər igidlərimiz  Vətən torpağını göz bəbəyi kimi qorumuşlar. Bu gün də, Azərbaycanın igid övladları vətənini, torpağını qorumaq üçün öz canlarını qurban verməyə hazırdır.

       Tədbirdə muzeyin əməkdaşları Leyla Əliyeva, Dilarə Hacızadə, Gülbəniz Əhmədova və Mübariz Umarov çıxış edərək vətənimiz Azərbaycanın hər bir Azərbaycan vətəndaşı üçün nə qədər müqəddəs və qiymətli olduğundan söhbət açıblar.

       Tədbirdə iştirak edən qonaqlar öz çıxışlarında bir fikri xüsusilə vurğulayıblar ki , Vətəni sevməklə biz onun üçün canımızı ,qanımızı fəda etməyə hazır olmalıyıq.Vətən bizim ən müqəddəs yerimiz ,səcdəgahımızdır. Onu qorumaq da məhz biz vətəndaşların ən başlıca məqsədi və borcu sayılır.

Tədbirdə Teyyub Xəlilovun , Mübariz Umarovun, Əlniyyət Əliyevin və Nazim Həsənovun Vətənə və vətənpərvərliyə həsr olunmuş şerləri səslənib.