Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ucar rayon Mərkəzi kitabxanasında “100 yaşın təntənəsi–BDU” adlı tədbir keçirilib.

15.09.2019

13 sentyabr 2019-cu il tarixində Ucar rayon Mərkəzi Kitabxanasında Bakı Dövlət Universitetinin 100 illiyi ilə əlaqədar “100 yaşın təntənəsi-BDU” başlığı ilə görüş keçirilib. Tədbirdə qeyd olunub ki,1919-cu il noyabrın 15-də şənbə günü universitetdə ilk dərs günü elan edilmişdir. Universitet ilk tədris ilini 2 fakultə tarix-filologiya, tibb fakultələri və 1094 tələbə ilə başlamışdır. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, cərrah V.S.Razumovski olmuşdur. Hal-hazırda BDU-nun rektoru Elçin Babayevdir. 2018-2019-cu illər üzrə yubileylər  siyahısına əsasən 2019-cu ildə BDU-nin YUNESKO-nun dəstəyi ilə Parisdə 100 illik yubileyi qeyd ediləcək.Tədbirdə tələbəllik illərinə aid gözəl musiqiləri səsləndirilib,Bəsirə Abbasova,Səma Əliyeva, Reyhan Hüseynova, Ağca Məmmədova, Nuranə İsmayılova,Səadət Mahmudova və başqaları çıxış edərək öz xatirələrini bölüşüblər.