Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayonunda seminar müşavirə keçirilib.

07.09.2019

       6 sentyabr 2019-cu il tarixində Ağdaş rayon Heydər Əliyev Mərkəzində Regional İdarənin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərlərinin iştirakı ilə seminar müşavirə keçirilib.

       Müşavirəni giriş sözü ilə Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev açaraq tədbir iştirakçılarını salamlayıb və Regional İdarənin tabeliyində olan müəssisələrin cari ilin yanvar-avqust ayları ərzində gördüyü işlər, keçirilmiş tədbirlərin səviyyəsi, əmək və icra intizamına riayət olunması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb, uşaq musiqi və incəsənət məktəblərinin yeni tədris ilinə hazırlığı ilə əlaqədar həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat verib.

       Sonra 2019-cu ilin yanvar-avqust ayları ərzində görülmüş işlər barədə müəssisə rəhbərlərinin hesabatları dinlənilib, nöqsanlar qeyd olunub, bu nöqsanların tez zamanda aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.