Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayonu,Abad kəndində ”Açıq kitabxana” təşkil edilib.

07.09.2019

30.08.2019-cu il tarixində Ağdaş rayon MKS-nin 43 saylı Abad kənd filial kitabxanası tərəfindən "Açıq kitabxana” təşkil edilib. Açıq kitabxana günündə kitabxanaya yeni daxil olmuş kitablarla yanaşı, fondda olan müasirlik baxımından seçilən, insanlar arasında sevilən şair və yazıçıların əsərləri, dünya klassiklərinin kitabları sərgilənib. Kənd sakinləri; uşaqlar, yeniyetmələr xidmətdən xeyli yararlanmış, belə günlərin mütəmadi olaraq təşkil edilməsini diləmişlər.