Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Heydər Əliyev parkında Açıq kitabxana təşkil edilib.

21.08.2019

Göyçay rayon MKS-nin Heydər Əliyev Mərkəzindəki kitabxana filialı Heydər Əliyev parkında "Açıq kitabxana" lahiyəsi əsasında səyyar kitabxana xidməti təşkil edib. Kitabxananın fondunda olan müxtəlif mövzulu nəşrlər parkın ərazisində sərgilənib. Sərgidə Azərbaycan ədəbiyyatı, dünya ədəbiyyatı ilə yanaşı, uşaq ədəbiyyatı, lüğətlər nümayiş olunub. Oxuculara anketlər açılıb, onların kitabxanaya mütəmadi olaraq gəlmələri tövsiyyə olunub. Belə tədbirləri keçirməkdə məqsəd insanlarda kitaba və kitabxanaya qarşı maraq yaratmaqdır.