Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayonunda “Tarın sehri” adlı musiqili görüş keçirilib.

15.08.2019

Göyçay rayon icra hakimiyyətinin təşkilatçılğı ilə rayon Gənclər Mərkəzində tarzən, pedaqoq Rövşən Zamanovun "Tarın sehri" adlı solo konserti təşkil olunub. Tədbirdə rayon ictimayyətinin nümayəndələri, ağsaqqalar və gənclər iştirak ediblər. İlk olaraq Rövşən Zamanovun həyat və yaradıcılıq yoluna işıq salan videoçarx nümayiş olunub.     Çıxış üçün ilk söz RİHB-nın Göyçay şəhər üzrə icra nümayəndəsi Rəşad Şükürova verildi. Göyçay Gənclər mərkəzində təşkil olunan bu kimi tədbirlərin təşkilatçılarına təşəkkürünü bildirən şəhər meriyasının rəhbəri "Tarın sehri" adlı konsertin solo ifaçısı Rövşən Zamanova həyat və yaradıcılığında uğurlar arzulayıb. 
Çıxış edən natiqlər Göyçay Heydər Əliyev Mərkəzinin direktoru Zenfira Əliyeva, Peşə liseyinin direktoru Qabil Zeynalov, DQIDK -nin Ucar bölgəsi üzrə şöbəsinin nümyəndəsi Rauf Nəsirov, GDİTK-nin direktor müavini Şahin Əliyev, rayon Təhsil şöbəsinin metodisti Əkbər Əlioğlu, AJB, AYB-in üzvü, prezident təqaüdçüsü Aqil Kəngərli rövşən Zamanova yaradıcılıq uğurları arzulayaraq,Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci vitse-Prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqəti və qayğısı ilə Azərbaycan muğamının,o cümlədən tar ifaçılıq sənətinin də UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsində müstəsna xidmətləri olduğunu qeyd ediblər. 
Çıxış edən natiqlər tar ifaçılıq sənətində fədakarlıq göstərən, bu sənəti layiqincə təbliğ edən sənətkarlara təşəkkürlərini bildirərək, bu böyük naliyyətlərdə hər bir tar ifaçısının payı olduğunu bildiriblər. Tədbirdə son illər Azərbaycan mədəniyyətinə, mətbəxinə, rəqslərinə başqa millətlər tərəfindən iddialar olduğunu qeyd edərək belə bir şəraitdə əldə edilən nəticənin önəmini vurğulanıb. 
Sənətşünaslıq elminin tanınmış nümayəndələrindən biri, jurnalist-tədqiqatçı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, "Tərəqqi" medallı Əlisəftər Hüseynov çıxış edərək, Rövşən Zamanovun həyat və yaradıcılığı barədə danışıb. O, tarzən, pedaqoq olan R. Zamanovun respublikamız üçün tar sənətinin yüksək səviyyədə təmsil edən ustad olduğunu diqqətə çatdırıb.

      Sonra balaca məktəbli İlyas Şərifov "Ana" şerni ifa edərək, tarzəni təbrik edib, rəssam, müxtəlif müsabiqələrin qalibi Nahid Əliyev çəkdiyi rəsm əsərini Rövşən Zamanova təqdim edib. 
Sonda çıxış edən Göyçay Gənclər Mərkəzinin və Göyçay informasiya agentliyi,NarTv-in direktoru Anar Nağıyev rayon icra hakimiyyəti başçısı cənab Mehdi Səlimzadənin adından tədbir iştirakçılarını Qurban bayramı münasibətilə təbrik edib. Bu gün Gənclər Mərkəzində keçirilən konsertin bayram münasibətilə silsilə tədbirlərə aid olduğunu qeyd edərək, Mərkəzdə yaradılan şərait barədə məlumat verib. A.Nağıyev musiqi alətlərimizin tacı olan tarın bəşəriyyət tərəfindən məhz Azərbaycanın milli musiqi aləti kimi tanınması münasibətilə xalqımızı, bu uğurda əməyi, zəhməti olan insanları təbrik edib. “Tar yalnız tarixin bir əmanəti deyil, o qədim dövrlərdən bu günə kimi daima yeniləşib, təkmilləşib, bizim xalqımızla birlikdə inkişaf edib” - deyən direktor bu gün simfonik orkestrlərdə qədim musiqi alətimiz olan tarın xüsusi yeri olduğunu vurğulayıb. 
Direktor “Azərbaycanın ulu tarı,qədim tarı öz haqqını aldı, bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına salındığının sevindirici hal olduğunu bildirdi.
Bu, Azərbaycan sənət dünyasının, Azərbaycan mədəniyyətinin qələbəsidir. Bu münasibətlə qədirbilən, sənətsevər xalqımızı, Azərbaycan dövlətini təbrik edirik. Ötən yüzillikdə tarımıza qarşı dəfələrlə hücumlar edilib. 30-cu illərdə “Oxuma tar, oxuma tar” deyənlərin nə qədər yanlış yolda olduqları bəlli oldu. O ağır illərdə Mikayıl Müşfiq öz şeiri ilə Azərbaycan tarının səsini xilas etdi, o vaxt dahi Üzeyir bəyin musiqiləri tarı yaşatdı.
Bu gün Müşfiqlərin, Üzeyir bəylərin ruhu şad oldu. Mirzə Sadıq Əsəd oğlunun, ondan əvvəl yaşamış, ondan sonra gələn, dünyasını dəyişmiş bütün tarzənlərimizin ruhları şad oldu. Bu gün yaşayıb-yaradan tarzənlərimiz çox böyük sevinc içərisindədirlər. Azərbaycan tarının dünya musiqi alətləri ailəsinə qovuşması, orda möhtəşəm səslənməsi ilə fəxr edirik”. Çıxışının sonunda A. Nağıyev pedaqoq, tarzən Rövşən Zamanova solo konsertə görə gənclər adından öz təşəkkürünü bildirdi. 
Bir-birini əvəz edən həzin musiqi nömrələri,səslənən şer nümunələri tədbirə xüsusi ahəng qatdı.