Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayon Mədəniyyət Mərkəzində Qurban bayramı münasibətilə tədbir keçirilib.

09.08.2019

09.08.2019 tarixində Zərdab rayon Mədəniyyət Mərkəzində müqəddəs Qurban bayramı münasibətilə “Saflıq və bərəkət bayramı” adlı tədbir təşkil olunub.Tədbirdə Dini Qurumlar İş üzrə Dövlət Komitəsinin Ucar bölməsi üzrə nümayəndəsi Sədi Hüseyinov,Zərdab cümə məscidinin imamı Şahsuvar və bir qrup Mədəniyyət işçisi iştirak edib.İlk öncə çıxış edən Mədəniyyət Mərkəzinin Direktoru Elyura Məmmədova tədbir iştirakçılarını salamlayaraq hər bir kəsi bayram münasibəti ilə təbrik edib və Qurban bayramının saflıq və bərəkət bayramı olması barədə fikirlərini söyləyib.Sonra çıxış edən Sədi Hüseyinov və rayon məscidinin imamı Şahsuvar bayramın müqəddəsliyi və bəzi dini araşdırmalar barədə fikirlərini söyləyiblər.Maraqlı və dolğun təşkil olunmuş söhbətdə düşündürülən suallara cavablar verilib,yaradıcı insanların bu gözəl bayrama həsr olunmuş şeirləri səsləndirilib.