Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon Mədəniyyət Mərkəzinin kollektivi “N” saylı hərbi hissədə olub.

01.07.2019

26 iyun 2019-cu il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin bir qrup əməkdaşı Azərbaycan Qarabağ Müharibəsi Veteranları və Şəhid ailələri İctimai Birliyinin Ağdaş rayon şöbəsinin üzvləri ilə birgə “N” saylı hərbi hissədə olublar.Zabit və əsgər heyəti ilə təşkil olunan görüşdə iştirak edən İctimai Birliyin sədri İsmayıl Xuduyev və mədəniyyət işçiləri çıxış edərək 26 iyun-“Azərbaycan Silahlı Qüvvələri Günü” münasibətlə hərbi hissənin heyətini təbrik edərək, onlara mədəniyyət işçilərinin salamlarını çatdırıblar.

          Tədbirdə Ağdaş rayon Mədəniyyət  Mərkəzinin nəzdində fəaliyyət göstərən “Gənclik” instrumental ansamblının ifasında səslənən vətənpərvərlik ruhunda mahnılar və el havaları əsgərlərdə yüksək əhval ruhiyyə yaratmışdır.

            Yekunda Hərbi Hissənin komandiri Ağdaş rayon mədəniyyət işçilərinə öz yüksək səviyyəli iştiraka görə təşəkkürünü bildirmişdir.