01.07.2019
Ucar rayon Mərkəzi Kitabxanasında Silahlı Qüvvələr Günü ilə əlaqədar “Ordum varsa yurdum var” başlığında tədbir keçirilib.Tədbirdə ilk öncə Azərbaycanın Dövlət Himni səsləndirilib. Tədbirdə Oxuculara Xidmət şöbəsinin müdiri Ulduz Abdullayeva, baş kitabxanaçı Reyhan Hüseynova,kitabxanaçı Hicran Rəsulova,Kəmalə Şirinova,operator Səadət Mahmudova çıxış ediblər. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentınin 22 may may 1993–ci il tarixli Fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü elan edilmişdir. Hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Tədbir “Ordum varsa yurdum var” başlıqlı sərgiyə baxışla yekunlaşıb.