Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayonunda Şairlər Günü qeyd olunub.

27.06.2019

       Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Rəsul Rzanın ev muzeyində Azərbaycan Yazıçılar Birliyinin və Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şairlər Günü münasibətilə “Rəsul Rza poeziyası” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza, Qazaxıstan və Türkiyə Yazıçılar Birliyinin üzvüləri,mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qonaqlar öz yaradıcılıqlarından şeirlər söyləmiş, Rəsul Rza poeziyasından söhbət açmışlar. Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə iştirak etmişdir. Göyçay rayon məktəbliləri Rəsul Rzanın şeirlərindən nümunələr söyləyiblər. Tədbirdə eyni zamanda Rəsul Rzanın və Nigar Rəfibəylinin sözlərinə yazılmış mahnılar ifa olunub. Sonda qonaqlar muzeyə ekskursiya ediblər. Muzeyin bələdçisi Gülnar Ağayeva muzey haqqında onlara ətraflı məlumat vermişdir.