Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayonunda “Açıq kitabxana” aksiyası keçirilib.

25.06.2019

25 iyun 2019-cu il tarixində Ağdaş rayonunda Mərkəzi kitabxananın və MKS-nin şəhər kitabxana filiallarının iştirakı ilə şəhərin müxtəlif ünvanlarında “Açıq  kitabxana” aksiyası keçirilib.

      Şəhərin Heydər Xiyabanı, Heydər Əliyev Mərkəzinin qarşısı, rayon Mədəniyyət Mərkəzinin qarşısı, “Ağdaş” qəzeti redaksiyasının qarşısı, Səməd Vurğun küçəsi, Heydər Əliyev  prospekti 11, Cəfər Cabbarlı  küçəsi və sair ünvanlarda “Açıq kitabxana”, “26  iyun Azərbycan Silahlı Qüvvələr günüdür”, “Kitab oxumaq insanı kamilləşdirir”, “Səninlə qürur duyuruq Azərbaycan əsgəri”, “Güclü dövlət, güclü lider”, “Şəhidlər qürurumuzdur”, “Azərbaycan Mədəniyyəti və İncəsənəti”, “Azərbaycan gənci kitab oxumağın vaxtıdır”, “Mən oxudum, sən də oxu”, “Gəlin kitab oxuyaq” və digər mövzularda təşkil edilmiş sərgilərdə 1000 nüsxədən çox kitab nümayiş olunub.

       Aksiya zamanı rayonun təhsil, səhiyyə, mədəniyyət işçiləri, ağsaqqallar, şagirdlər, ziyalılar, ictimaiyyət nümayəndələri və rayon sakinləri sərgilərlə tanış olub,öz fikir və mülahizələrini bildiriblər.Tədbir boyunca çoxlu sayda yeni oxucu kitabxalara üzv yazılıb.