Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayonunda mədəniyyət işçilərinin seminar müşavirəsi keçirilib.

25.06.2019

21 iyun 2019-cu il tarixdə Ağdaş rayon Heydər Əliyev Mərkəzində rayon mədəniyyət işçilərinin seminar müşavirəsi keçirilib. 

       Müşavirəni giriş sözü ilə Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev açaraq tədbir iştirakçılarını salamlayıb və Regional İdarənin tabeliyində olan müəssisələrin aprel,may ayları ərzində gördüyü işlər, keçirilmiş tədbirlərin səviyyəsi, əmək və icra intizamına riayət olunması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb, yay mövsümünün başlanması ilə əlaqədar mədəniyyət müəssisələrinin qarşısında duran vəzifələr barədə fikirlərini bildirib.

       Sonra 2019-cu ilin aprel,may ayları ərzində görülmüş işlər barədə müəssisə rəhbərlərinin- Ağdaş rayon MKS-nin direktoru Seyfəddin Feyzullayev, Mədəniyyət Mərkəzinin direktoru Xalid Zamanov, Habil Əliyev adına şəhər musiqi məktəbinin direktoru Rafiq İskəndərov və  digərlərinin hesabatları dinlənilib, nöqsanlar qeyd olunub, bu nöqsanların tez zamanda aradan qaldırılması üçün tapşırıqlar verilib.

       Sonda Qarabağ Müharibəsi Veteranları və Şəhid ailələri İctimai Birliyinin Ağdaş rayon şöbəsinin sədri İsmayıl Xuduyev tərəfindən Cəbhə bölgəsində konsert proqramları ilə çıxış edən Ağdaş rayon Mədəniyyət Mərkəzinin bir qrup əməkdaşına və Regional İdarənin rəisi Ramiz Quliyevə “N” saylı hərbi hissə komandirinin təsis etdiyi “Fəxri Fərmanlar” təqdim edilib.Eyni zamanda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Gənc musiqiçilərin ümumrespublika müsabiqəsi”nin qalibləri olan Ağdaş şəhər 1 saylı uşaq musiqi məktəbinin şagird və müəllimləri “Fəxri Fərman” və MİHİ Ağdaş rayon komitəsinin hədiyyələri ilə təltif olunublar.