Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ucar rayonunda Milli Qurtuluş Günü qeyd edilib.

24.06.2019

Ucar rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin qarşısında 15 iyun Milli Qurtuluş gününə həsr edilmiş tədbir keçirilmişdir.

        Tədbirdə ilk öncə Ağdaş Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi,Ucar rayonu üzrə nümayəndə Alı Babayev çıxış edərək Milli Qurtuluş Günü haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib.

       1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

       Sonda musiqiçilərin və kollektivlərin ifasında 15 iyun Milli Qurtuluş gününə həsr edilmiş konsert proqramı təqdim edilib.