Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ucar rayonunda Seminar-müşavirə keçirilib.

14.06.2019

12 iyun 2019-cu il tarixində Ucar Rayon Heydər Əliyev Mərkəzində Ağdaş Regional Mədəniyyət İdarəsinin Ucar rayonu üzrə mədəniyyət müəssisələrinin seminar müşavirəsi keçirilib. 

       Müşavirəni giriş sözü ilə Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev açaraq tədbir iştirakçılarını salamlayıb və Regional İdarənin tabeliyində olan müəssisələrin aprel-may ayları ərzində gördüyü işlər, keçirilmiş tədbirlərin səviyyəsi, əmək və icra intizamına riayət olunması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr haqqında ətraflı çıxış edərək, mədəniyyət müəssisələrinin qarşısında duran vəzifələr barədə fikirlərini bildirib.

       Sonra 2019-cu ilin aprel-may ayları ərzində görülmüş işlər barədə müəssisə rəhbərlərinin- Ucar  rayon MKS-nin direktoru Bəsirə Abbasova,rayon Mədəniyyət Mərkəzinin direktoru Ruslan Rəsulov  və digərlərinin hesabatları dinlənilib, nöqsanlar qeyd olunub, bu nöqsanların tez zamanda aradan qaldırılması üçün tapşırıqlar verilib.