Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Rəsul Rzanın ev muzeyində kitab təqdimatı keçirilib

29.05.2019

25 may 2019-cu il tarixində Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın rəhbərliyi ilə birliyin bir qrup üzvləri, Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, Yazıçılar İttifaqının katibi Rəşad Məcid, mətbuat katibi Rəsul Rzanın ev muzeyində olmuşlar. Görüş zamanı Anarın yeni işıq üzü görən 3 nəşrinin – “Söz dünyası”, “Səhər səhər” və Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Unudulmaz görüşlər” başlıqlı kitablarının təqdimatı olmuşdur. Muzeyi ekskursiya edən qonaqlar, Xatirə Kitabına təəssüratlarını qeyd etmişlər.