Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayonunda 28 may-Respublika Günü münasibətilə növbəti tədbir keçirilib.

27.05.2019

27 may 2019-cu il tarixində Ağdaş Dövlət Rəsm Qalereyasında Ağdaş rayon MKS-nin 13 saylı filial kitabxanası və Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 28 may Respublika Gününə həsr olunmuş tədbir keçirilib.Tədbiri Rəsm Qalereyasının əməkdaşı Gülnarə Rüstəmova açaraq qonaqları salamlayıb və Respublika Günü münasibətilə onları təbrik edib.Sonra Rəsm Qalereyasının əməkdaşı Mehriban Səmədzadə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən bəhs edən məruzə ilə çıxış edib.Tədbirdə çıxış edən 13 saylı filial kitabxanasının müdiri Hicran Abdurrahmanova Azərbaycan Xalq Cümhuriyyətinin siyasi fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Tədbirdə Pərviz Babayev adına 7 saylı orta məktəbin şagirdlərinin ifasında şerlər səsləndirilib.Sonda 28 may-Respublika Gününə həsr olunmuş sərgiyə baxış keçirilib.