Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ucar Rayon Uşaq İncəsənət məktəbinin şagirdlərinin yekun konsert keçirilib.

27.05.2019

27 may 2019-cu il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ucar Rayon Uşaq İncəsənət Məktəbinin yekun konserti keçirilib. 28 may - Respublika Gününə həsr olunmuş “Yaşa, var ol Azərbaycanımız” adlı konsertdə məktəbin müəllim və şagird kollektivinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib. Tədbirdə eyni zamanda məktəbin Xor kollektivi, Xalq çalğı alətləri ansamblı,rəqs kollektivi və məktəbin 5-ci sinif şagirdləri- “Xalq çalğı alətləri ifaçılarının 4-cü Respublika Müsabiqəsi”nin iştirakçıları Rüfət Mustafayev və Fərid Əlizadə çıxış ediblər. Sonda məktəbin nağaraçılar ansamblı ilə birgə məktəbin müəllimləri; Şərafət Əzizova, Səbuhi Muradov, Səbinə Orucova M.Şəhriyarın sözlərinə bəstələnmiş “Azərbaycan” mahnısını ifa ediblər.

Konsert tədbirdə iştirak edən rayon ictimaiyyətinin nümayəndələri tərəfindən rəğbətlə qarşılanıb