21.05.2019
Hər il 18 may tarixi dünyada “Beynəlxalq Muzeylər Günü” kimi geniş qeyd olunur. “Beynəlxalq Muzeylər Günü” münasibətilə cari ilin 17-19 may tarixlərində Mədəniyyət Nazirliyinin strukturuna daxil olan muzeylərdə, eləcə də Heydər Əliyev Mərkəzlərində “Açıq Qapı” günü elan olunub. Bu münasibətlə Göyçay Rayon Heydər Əliyev Mərkəzində də 17-19 may tarixlərində “Açıq Qapı” günü keçirilib. Göyçay rayon 3 saylı tam orta məktəbin, 4 saylı tam orta məktəbin, eləcə də Potu kənd tam orta məktəbin müəllim və şagird kollektivi mərkəzdə ekskursiyada olublar. Gələnlərə Ulu Öndərin dərin irsi haqqında ətraflı məlumat verilib,şagirdləri maraqlandıran suallar cavablandırılıb.