Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş Rayon Heydər Əliyev Mərkəzində “Açıq Qapı” günləri keçirilib.

20.05.2019

18 may  bütün dünyada muzeylər günü kimi geniş qeyd edilir.Beynəlxalq Muzeylər Günü -Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977 -ci ildə təsis olunmuşdur.Bu peşə bayramı münasibəti ilə  bütün ölkədə müxtəlif tədbirlər keçirilir,Tariximizlə,mədəniyyətimizlə yaxından tanış olmaq məqsədi ilə mayın 18 də bütün muzeylərdə "Açıq Qapı" günü elan edilir.Həmçinin 18 may 2019 cu il tarixdə Ağdaş Heydər Əliyev Mərkəzində də  Beynəlxalq Muzeylər Günü münasibətilə “Açıq Qapı” günü keçirilib. Bu münasibətlə Mərkəzə ekskursiyaya gələn məktəblilərə Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.