Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayonunda Beynəlxalq Muzeylər Günü münasibətilə tədbir keçirilib.

17.05.2019

17 may 2019-cu il tarixində Ağdaş rayonunda “Beynəlxalq Muzeylər Günü” münasibətilə “Muzeylər baharı” adlı tədbir keçirilib. Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq muzeyi və Maqsud Şeyxzadə ev muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Nişanə Yusifova açaraq hər il keçirilən tədbirin məqsəd və məramından danışıb, Azərbaycanda muzeylərin yaranma tarixindən, dünəni və bugünündən ətraflı söz açıb. Sonra çıxış edən Ağdaş Regional Mədəniyyət İdarəsinin məsləhətçisi İlqar Vəliyev bu əlamətdar gün münasibətilə bütün muzey işçilərini təbrik edib və onlara uğurlar arzulayıb.O, qeyd edib ki, Ağdaş Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında “Beynəlxalq Muzeylər Günü” münasibətilə silsilə tədbirlər keçirilir və bu münasibətlə 17-19 may tarixlərində “Açıq Qapı” günləri elan olunub. Sonra Məqsud Şeyxzadə ev muzeyinin elmi işçisi Afaq Xəlilova məruzə ilə çıxış edib.

Tədbirdə iştirak edən Ağdaş rayon Gənclər və İdman idarəsinin rəisi Azad Gözəlov, Habil Əliyev adına Ağdaş şəhər uşaq musiqi məktəbinin direktoru Rafiq İsgəndərov və digərləri öz çıxışlarında muzey işçilərini təbrik edib və işlərində uğurlar arzulayıblar.

Sonra tədbir rayon Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin və şəhər uşaq musiqi məktəbinin şagirdlərinin ifasında konsert proqramı ilə davam edib.Eyni zamanda rayon məktəblilərinin söylədiyi şerlər tədbirə xüsusi rəng qatıb.

Tarix-Diyarşünaslıq muzeyinin qarşısında açıq səma altında təşkil olunmuş muzey eksponatlarından ibarət ekspozisiya tədbir iştirakçıları, eləcə də rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.