Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayonunda Habil Əliyev adına Ağdaş şəhər uşaq musiqi məktəbinin yaradılmasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

22.12.2017

22 dekabr 2017-ci il tarixində Habil Əliyev adına Ağdaş şəhər uşaq musiqi məktəbində rayonda musiqi məktəbinin yaradılmasının 80 illiyi yubileyi münasibətilə tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rafiq İsgəndərov iştirakçıları salamlayaraq Ağdaş şəhər uşaq musiqi məktəbinin 80 illik fəaliyyəti barədə ətraflı məlumat vermişdir.Məktəbin xor kollektivinin və Xalq Çalğı Alətlərii ansamblının çıxışlarından sonra musiqi məktəbi haqqında  videoçarx nümayiş etdirilmişdir.Sonra söz Ağdaş Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Tahir Əliyevə verilmişdir.O,öz çıxışında məktəbin müəllim və şagird kollektivini yubiley münasibətilə təbrik etmiş,məktəbin yeni binasının 2009-cu ildə Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun vəsaiti hesabına tikilərək istifadəyə verilməsindən bəhs etmiş və bu böyük diqqət və qayğıya görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin təşəkkürünü bildirmişdir.Çıxışının sonunda Tahir Əliyev məktəbin kollektivinə uğurlar arzulayaraq onlara hədiyyə təqdim etmişdir.Sonra çıxış edən Ağdaş şəhər uşaq musiqi məktəbinə 38 il rəhbərlik etmiş Möysünə Hüseynova məktəblə bağlı öz xatirələrini bölüşmüşdür.Çıxışçılardan Göyçay rayon uşaq musiqi məktəbinin direktoru Rövşən Zamanov,Ucar rayon uşaq incəsənət məktəbinin direktoru Könül Kərimova,Ağdaş rayon Ağsaqqallar Şurasının sədri Rafiq Nəbiyev və digərləri Məktəbin kollektivini təbrik edərək onlara uğurlar arzulamışlar.Sonra çıxış edən Ağdaş rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai siyasi və  humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimovun təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırmış və məktəbin Ağdaş rayonunun ictimai-mədəni həyatında mühüm rol oynadığını vurğulamışdır.

Yubiley tədbirində Ağdaş rayonu ilə yanaşı Ağdaş Regional Mədəniyyət və Turizm idarəsinə aid olan Göyçay,Ucar və Zərdab rayonlarının mədəniyyət işçiləri,musiqi kollektivləri iştirak etmişdir.

Tədbir rəngarəng konsert proqramı ilə başa çatmışdır.