Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş Rayon Heydər Əliyev Mərkəzində “Nəsimi fəlsəfəsi” adlı tədbir keçirilib.

16.05.2019

15 may 2019-cu il tarixində Ağdaş rayon Heydər Əliyev Mərkəzində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar Heydər Əliyev Mərkəzi və Ağdaş rayon MKS-nin 1 saylı Gənclər kitabxanasının təşkilatçılığı ilə “Nəsimi fəlsəfəsi” adlı ədəbi bədii gecə keçirilib. İlk öncə rayon Mədəniyyət Mərkəzinin rəssamlıq dərnəyinin əl işlərindən ibarət rəsm səgisinə və İmadəddin Nəsiminin yaradıcılığından ibarət kitab sərgisinə baxış keçirilib. Tədbiri Heydər Əliyev Mərkəzinin direktoru Tənzilə Şıxıyeva açaraq Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli Sərəncamı ilə 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan olunması ilə əlaqədar rayonda silsilə tədbirlərin keçirildiyini qeyd edib. Sonra böyük şairin həyat və yaradıcılığını əks etdirən materiallardan toplanmış video-çarx nümayiş etdirilib. Daha sonra Heydər Əliyev Mərkəzinin əməkdaşı Fatma Əsədova İmadaddin Nəsiminin həyat və yaradıcıllığına həsr olunmuş geniş məruzə ilə çıxış edib.

        Tədbirdə iştirak edən Ağdaş Dövlət Humanitar Kollecin ədəbiyyat müəlliməsi, Nəsimi irsini sevən və sevdirən Yeganə Əliyeva Nəsiminin yaradıcılığı haqqında və böyük şairin qəzəllərinin dərinliyindən, zəkasının zirvəsindən söz açıb.

        Ağdaş Regional Mədəniyyət idarəsinin məsləhətçisi İlqar Vəliyev öz çıxışında           Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 12 fevral 2019-cu il tarixli, 42 nömrəli əmrinin icrası ilə əlaqədar Ağdaş Regional Mədəniyyət İdarəsini əhatə edən Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarının mədəniyyət müəssisələrində Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsinin təmin edilməsi məqsədilə müvafiq əmr və “Tədbirlər Planı”nın təsdiq edildiyini və silsilə tədbirlərin həyata keçirildiyini vurğulayıb. Bildirilib ki, Nəsimi yaradıcıllığını əks etdirən şer və rəsm müsabiqələri, oxucu konfransları,kitab sərgiləri və digər tədbirlər Nəsimi irsinin daha dərindən öyrənilməsinə böyük təkan verir.

Sonra Ağdaş Dövlət Humanitar Kollecin Tələbə Gənclər Təşkilatının sədri Dilarə Manafova və Ağdaş Rayon Mərkəzi Kitabxananın metodisti Xuraman Məhərrəmova çıxış edərək şairin Azərbaycanda fəlsəfi poeziyanın əsasını qoyanlardan biri olduğunu, ana dilində gözəl şeirlər yazdığını və buna görə də onun şeirlərinin hər zaman dillər əzbəri olduğunu diqqətə çatdırıblar. Vurğulanıb ki, XX əsrin 70-ci illərində Nəsimini Azərbaycana və dünyaya tanıdan Ulu Öndər Heydər Əliyev olub. Onun xeyir-duası ilə Azərbaycanda, bir sıra xarici ölkələrdə, hətta UNESCO-da Nəsiminin yubiley tədbirləri keçirilib.

Sonda Ağdaş Dövlət Humanitar Kollecinin tələbələri Böyük şairin şerlərini söyləyib, Ağdaş şəhər uşaq musiqi məktəbinin muğam üçlüyünün ifasında Nəsiminin qəzəllərindən ibarət muğamlar səsləndirilib.