Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaşda Sovet İttifaqı Qəhrəmanının ev muzeyində anım tədbiri keçirilib.

13.05.2019

1941-1945-ci  illər İkinci Dünya Müharibəsində Qələbənin 74-cü ildönümü ilə əlaqədar Ağdaş rayonunun Qolqəti kəndində Sovet İttifaqı Qəhrəmanı Səməd Abdullayevin ev muzeyində Qolqəti kənd sənətkarlıq evinin,kitabxana və kənd orta məktəbinin birgə təşkilatçılığı ilə “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib.Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, müharibə veteranları, gənclər  və məktəblilər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Müharibə veteranları və ictimaiyyətin nümayəndələri çıxışlarında ikinci dünya müharibəsinin bəşəriyyətə gətirdiyi fəlakətlərə toxunaraq, həmin savaşda Azərbaycan oğullarının fədakarlığının bu tarixi Qələbənin əldə olunmasına böyük töhfələr verdiyini diqqətə çatdırıblar.
Anım tədbirində məktəblilərin ifasında hərbi-vətənpərvərlik  ruhunda təqdim edilən bədii kompozisiya, şeir çələngi iştirakçılarda xoş ovqat yaradıb.
Sonda tədbir iştirakçıları tərəfindən ev muzeyində nümayiş etdirilən tarixi sənədlərə baxış keçirilib.