Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayonunda YAP Ağdaş Rayon Təşkilatının Qadınlar Şurasının iclası keçirilib.

10.05.2019

Ağdaş Rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar YAP Ağdaş Rayon Qadınlar Şurasının iclası keçirilib.
Tədbiri Heydər Əliyev Mərkəzinin direktoru, eyni zamanda YAP Ağdaş Rayon Qadınlar Şurasının sədri Tənzilə Şıxıyeva açaraq, Heydər Əliyevin qadınlara göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb. Daha sonra  kənd və şəhər məktəblərinin müəllimləri çıxış edərək qadınların cəmiyyətdə tutduğu rolun böyüklüyündən bəhs ediblər. 
Tədbirin sonunda Heydər Əliyevin qadınlar haqqında fikirlərindən ibarət videoçarx nümayiş olunub.