Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon MKS-də “Şuşasız 27 il” adlı tədbir keçirilib.

08.05.2019

8 may 2019-cu il tarixində Göyçay rayon M.Ə.Sabir adına MKS-inin Uşaq şöbəsinin təşkilatçılığı ilə Mərkəzi kitabxanada Şuşanın işğalı ilə əlaqədar “Şuşasız -27 il”adlı tədbir keçirilib.Tədbirdə Gənclər Mərkəzinin direktoru Anar Əlişahoğlu,7 saylı məktəbin müəllimi Aqil Kəngərli, Qarabağ müharibəsi əlillərinin sədri Rövşən Şərifov, müavin Elbrus Zeynalov, M. Muradov adına 4 saylı orta məktəbin müəllimi Bayram Vəliyev, 17 saylı Şuşa ümumi orta məktəbin dil-ədəbiyyat müəllimi  Xəyalə Feyzullayeva, həmin məktəbin müəllimi  Qərənfil Quliyeva və şagirdləri, 27 saylı Ağdam köçkün məktəbinin direktoru Rəhilə Uzakova, həmin məktəbin kitabxanaçısı İradə Quliyeva, müəllim kollektivi və şagirdləri iştirak ediblər. Tədbiri MKS-inin direktoru Rövşən Balayeva açaraq Şuşanın işğalı ilə bağlı çıxış edib. Uşaq şöbəsinin müdiri Sahilə Əliyeva Şuşanın tarixi abidələrindən, mədəniyyət ocaqlarından, sənət adamlarından tədbir iştirakçılarına ətraflı məlumat verib.Tədbirə dəvət olunan qonaqlar Azərbaycanın musiqi beşiyi olan Şuşa haqqında öz xatirələrindən ürək yanğısı ilə danışıblar.Şuşa və Ağdam köçkün məktəbinin şagirdləri Şuşa haqqında hazırladıqları şer və kompazisiyanı təqdim ediblər və onların ifasında Qarabağ şikəstəsi ifa edilib.Eyni zamanda tədbirdə İnformasiya –resurs şöbəsinin müdiri Elmira Kərimovanın Şuşa haqqında hazırladığı slayd nümayiş etdirilib. Tədbirin sonunda  Oxuculara xidmət şöbəsinin  baş biblioqrafı Gülarə Bədirovanın hazırladığı “Şuşasız – 27 il” başlıqlı sərgiyə baxış keçirilib.