Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayonunda “Kitab bayramı-Oxu bayramı” keçirilib.

08.05.2019

7 may 2019-cu il tarixində Ağdaş rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Kitab bayramı keçirilib. Şəhərin mərkəzində yerləşən Heydər Xiyabanında təşkil edilmiş tədbiri giriş sözü ilə Ağdaş Regional Mədəniyyət  idarəsinin rəisi Ramiz Quliyev açaraq bayram münasibətilə iştirakçıları salamlayaraq təbrik edib və tədbirin təşkil olunmasında əməyi olan hər kəsə öz təşəkkürünü bildirib. Sonra Ağdaş rayon MKS-nin direktoru Seyfəddin Feyzullayev öz çıxışında artıq ənənə halını almış və Ulu Öndər Heydər Əliyevin ad günü ərəfəsində keçirilən Kitab bayramının sayca 11-ci olmasını qeyd edib. Seyfəddin Feyzullayev kitabxana quruculuğunun inkişafında Heydər Əliyevin böyük rolundan söz açaraq bildirib ki, bu ənənənin davamı olaraq son illər Azərbaycan Resbuplikasının Prezidenti cənab İlham Əliyevin kitabxana sahəsinə göstərdiyi diqqət və qayğısı nəticəsində kitabxana fondları zənginləşmiş və yeni-yeni nəşrlər əlavə olunmuşdur. Bundan sonra Mərkəzi Kitabxana və filiallar tərəfindən hazırlanmış kitab sərgilərinə, guşələrə, fotostendlərə, pannolara, kitabxana əməkdaşlarının və oxucuların əl işlərinə, o cümlədən Ağdaş Dövlət Rəsm Qalereyasının,Heydər Əliyev Mərkəzinin,Rayon Mədəniyyət Mərkəzinin rəssamlıq dərnəyinin və muzey müəssisələrinin hazırladığı sərgilərə baxış keçirilib. Tədbirdə eyni zamanda Ağdaş rayonunda yetişən meyvə-tərəvəz məhsulları və mətbəx nümunələri nümayiş etdirilib.

          Seyfəddin  Feyzullayev  tədbir  iştirakçılarını nümayiş olunan  “Heydər Əliyev-96” ,  “Zərifə Əliyeva-96”, “Ölkəsinin və zəmanəsinin  lideri”, “Uğurlu yollun layiqli davamçısı”, “2019-cu il Azərbaycanda Nəsimi ilidir”, “Yeniləşən Ağdaşım”, “Ağdaşlı  yazarlar”,  ”2019- cu ilin yubilyarları, “Könlüm keçir Qarabağdan”, “Kənd təsərrüfatının inkişafı”, Ağdaşın zəngin tarixini özündə  əks  etdirən ”Diyarşünaslıq guşəsi”,  “Elektron kitabxana”,  “Kitab abidələri”, “Yeni nəşrlər”, “Dünya ədəbiyyatı kitabxanası”, “Azərbaycan ədəbiyyatı”,  “Kitablar xalqımızın milli sərvətidir”, “Azərbaycan mədəniyyəti” , “Şəhidlər ölməz, Vətən bölünməz”, “Uşaqların nağıl dünyası” və digər başlıqlarda  sərgi, panno və fotostendlərlə tanış edib və hər biri barədə ətraflı məlumat verib. Tədbirdə ümumilikdə 30 adda sərgilər təşkil edilib və bu sərgilərdə 2000 nüsxədən çox kitab nümayiş etdirilib. MKS-nin Uşaq  şöbəsinin yaratdığı “Nağıl guşəsi”  məktəbəqədər və kicik yaşlı məktəblilər üçün böyük marağa səbəb olmuşdur. Tədbirdə eyni zamanda  Mədəniyyət  Nazirliyinin 2019-cu ilin may ayında Azərbaycanın regionlarında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə “Oxu bayramı” müsabiqəsinin təşkili ilə bağlı müvafiq məktubunun icrası ilə əlaqədar rayonda keçirilmiş müsabiqədə fərqlənən fəal oxuculara Ağdaş  Regional  Mədəniyyət İdarəsinin Fəxri Fərmanları və hədiyyələri təqdim edilib. Tədbirin sonunda Ağdaş, Göyçay, Ucar və Zərdab rayon mədəniyyət işçilərinin birgə hazırladığı konsert proqramı təqdim edilib.

         Yüksək səviyyədə təşkil olunmuş tədbirdə mədəniyyət işçiləri ilə yanaşı Ağdaş Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri,rayon Ağsaqqallar şurasının üzvləri, təhsil işçiləri, məktəblilər, yerli yazarlar, həmçinin rayon ictimaiyyəti iştirak ediblər.