Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş Rayon Mərkəzi Kitabxanada “Tarixi Qələbə-74” adlı dəyirmi masa keçirilib.

06.05.2019

Ağdaş Rayon Mərkəzi Kitabxananın oxu zalında 9 may faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə “Tarixi Qələbə-74” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə Oxuculara xidmət şöbəsinin işçisi Vüsalə Məmmədova açaraq 1941-1945 ci illərdə Böyük Vətən Müharibəsində Azərbaycan xalqınınn həm ön, həm də arxa cəbhədə göstərdiyi qəhrəmanlıq və şücayətdən bəhs edib. O, bildirib ki, bu müharibə zamanı Azərbaycanın 600 mindən çox oğul və qızı cəbhəyə yollanmış, onlardan 170 min əsgər və zabiti SSRİ-nin Orden və Medalları ilə təltif olunmuşdur. Daha sonra çıxış edən Oxuculara xidmət şöbəsinin kitabxanaçısı İlahə Mirəddinova bildirib ki, bu müharibənin qazanılmasında Azərbaycan nefti də mühüm rol oynayıb. Neftçilərimizin fədakar əməyi sayəsində neft hasilatında rekor göstərici olmuşdur. Sonra Oxuculara xidmət şöbəsinin kitabxançısı Ruhiyyə Cavadova məruzəsində bildirib ki, Böyük Vətən Müharibəsində Azərbaycanın igid oğullarından 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri Şöhrət Ordeninin hər dərəcəsi ilə təltif olunmuşdur. Sonda "Tarixi Qələbə-74" adlı sərgiyə baxış keçirilib.