Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay Rayon Heydər Əliyev Mərkəzində ekskursiyalar təşkil olunur.

03.05.2019

3 may 2019-cu il tarixində Göyçay şəhər 5 saylı tam orta məktəbin müəllim və şagird kollektivi Göyçay Rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Əvvəlcə Mərkəzin direktoru məktəbliləri salamlamış, Heydər Əliyevin təkrarolunmaz, özunəməxsus keyfiyyətlərə malik müstəsna dahi şəxsiyyət olduğunu vurğulamışdır. Sonra ənənəvi olaraq məktəblilər Mərkəzdə nümayiş olunan eksponatlarla tanış olublar. Daha sonra Mərkəzin bələdçisi Ulu Öndərin həyat və fəaliyyəti haqqında şagirdlərə ətraflı məlumat vermişdir. Həmçinin şagirdlər virtual siniflər vasitəsilə Ümummilli Liderə həsr olunmuş sənədli film izləyiblər. Sonda məktəblilər Ulu Öndərin büstü önündə xatirə şəkili çəkdiriblər.