Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay Rayon Heydər Əliyev Mərkəzində kütləvi ekskursiyalar davam edir.

03.05.2019

Ümummilli Lider Heydər Əliyevin doğum günü ərəfəsində Göyçay Rayon Heydər Əliyev Mərkəzinə ümumtəhsil məktəblərinin şagirdlərinin ekskursiyaları davam edir. Göyçay şəhər 2 və 3 saylı tam orta məktəbin müəllim və şagird kollektivi mayın 2-də Mərkəzdə ekskursiyada iştirak ediblər. Onlar Mərkəzin ekspozisiya zalında yerləşən Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuş, həmçinin onlara böyük öndərin ömür yolu və siyasi fəaliyyəti haqqında geniş məlumat verilmişdir.