Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayonunda uşaq incəsənət məktəbinin hesabat konserti keçirilib.

02.05.2019

          01 May 2019-cu il  tarixdə Zərdab şəhər  Mədəniyyət mərkəzinin konsert zalında , Zərdab Uşaq  Uşaq İncəsənət məktəbinin hesabat konserti keçirilib.

         Tədbirdə Ağdaş Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Zərdab rayon üzrə nümayəndə Urfan Əhmədov, Aqdaş şəhər uşaq musiqi məktəbinin direktoru Rafiq İsgəndərov, Göyçay şəhər uşaq musiqi məktəbinin direktoru Rövşən Zamanov,Ucar uşaq incəsənət məktəbinin direktoru Könül Kərimova, Zərdab rayon uşaq incəsənət məktəbinin  müəllim və şagird kollektivi və valideynlər iştirak ediblər.

         Eyni zamanda Sabirabad Regional Mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən Saatlı uşaq musiqi məktəbinin direktoru Ramella İsmayılova və məktəbin kollektivi  qonaq qismində tədbirdə iştirak ediblər.

        Zərdab uşaq incəsənət məktəbinin direktoru Nicat Əlifi, Ümummilli Lider  Heydər Əliyevin “Xalq bir çox xüsusiyyətləri ilə tanınir, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən  ən yüksəyi , ən böyüyü mədəniyyətdir” sözləri ilə çıxışına  başlayaraq bütün tədbir iştirakçılarını salamlamış və konserti açıq elan etmişdir.

        Konsertdə məktəbin müəllimlərindən ibarət “Kür” ansamblının,  şagirdlərdən ibarət xalq çalğı alətləri ansamblınin, xor kollektivinin, rəqs kollektivinin, xanəndəlik sinfi şagirdlərinin və digər ixtisaslar üzrə tək ifaçıların ifalarında gözəl musiqilər səsləndirilib.

        Tədbirin sonunda  məktəbin təsviri incəsənət ixtisası üzrə şagirdlərin hazırladıqları əl işləri nümayiş olunub.