Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş Rayon Mədəniyyət Mərkəzinin qarşısında açıq kitabxana təşkil olunub.

30.04.2019

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin çox uğurlu şəkildə tətbiq edilən layihələrindən biri də "Açıq kitabxana" layihəsidir ki, Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən rayon kitabxanaları da artıq neçə ildir ki, bu layihəyə qoşulmuşdur. Bu səpgidə növbəti tədbir 29 aprel 2019-cu il tarixində Ağdaş rayon Mədəniyyət Mərkəzinin qarşısında təşkil olunub. Ağdaş rayon MKS-nin 13 saylı filial kitabxana tərəfindən təşkil edilmiş, Azərbaycanın böyük şairi,mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirdə Ağdaş rayon Mədəniyyət işçiləri, tələbələr, şagirdlər, ziyalılar, ağsaqqallar, rayon içtimaiyyətinin nümayəndələri iştirak ediblər. Sərgidə Azərbaycanın böyük şairi, mütəfəkkir İmadəddin Nəsiminin, Zəlimxan Yaqubun, Elxan Elatlı və digər şair və yazıçıların kitabları nümayiş etdirilib. "Açıq kitabxana" lahiyəsi kitabxanalara yeni oxucu cəlb edilməsi cəhətdən də münasib tədbirdir. Sərgi insanların böyük marağına səbəb olmuşdur.