Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Açıq qapı” günü keçirilib.

19.04.2019

        18 aprel 2019-cu il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab Rayon Tarix-Diyarşünaslıq muzeyində  18 aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər” günü ilə əlaqədar “Açıq qapı” günü elan edilmişdir. Bu  münasibətlə Zərdab rayon Yarməmmədbağı, İsaqbağı, Şahhüseynli, Şəftəhal, Dəliquşçu kənd tam orta məktəblərinin müəllim və şagirdləri muzeyə ekskursiya etmişlər. Məktəblilərə muzeyin əməkdaşları tərəfindən Beynəlxalq Abidələr və Tarixi Yerlər günü barədə ətraflı məlumatlar verilmişdir. Sonra məktəblilər muzeydə qorunub saxlanılan qədim əşyalarla yaxından tanış olmuşlar.