Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayon Heydər Əliyev Mərkəzində kütləvi ekskursiyalara start verilib.

11.04.2019

Agdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar idarə və müəssisələrin, rayon ümumtəhsil məktəblərinin ekskursiyaları başlanmışdır.

          Belə tədbirlərdən biri 10.04.2019 tarixində baş tutmuşdur.Zərdab Rayon Şahhüseyinli kənd tam orta məktəbinin müəllim və şagird kollektivi dahi şəxsiyyət Heydər Əliyevin və görkəmli alim–oftalmoloq Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə Zərdab rayon Heydər Əliyev Mərkəzində ekskursiyada olublar. Ziyarətçilərə Ulu Öndərin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən  fotoşəkillər və eksponantlar haqqında məlumatlar ətraflı verilib. Mərkəzdə təşkil olunan  kitab sərgilərində Heydər Əliyev haqqında yerli və xarici yazarlar tərəfindən qələmə alinan kitabların nümayişi ziyarətçilər tərəfindən bəyənilib.