Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab şəhər uşaq incəsənət məktəbində Novruz bayramı münasibətilə tədbir keçirilib.

27.03.2019

      19 mart 2019-cu il tarixdə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab şəhər uşaq incəsənət məktəbində Novruz bayramı münasibəti ilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Nicat Əlifi, Tədris İşləri üzrə direktor müavini Nazim Əzizov, məktəb üzrə həmkarlar təşkilat komitəsinin sədri Nəzakət Qarayeva və məktəbin şöbə müdirləri, müəllimlər, valideyinlər və şagirdlər iştirak ediblər. İlk öncə məktəbin direktoru Nicat Əlifi çıxış edərək məktəbin bütün kollektivinin Novruz bayramını təbrik etmiş,onlara işlərində müvəffəqiyyətlər, yeni-yeni nailiyyətlər  və möhkəm can sağlığı arzulayıb.

     Sonra məktəbin bir sıra müəllimləri öz təbriklərini tədbir iştirakçılarına çatdırıblar.  Çıxışlardan sonra  məktəbin şagirdlərdən ibarət xalq çalğı alətləri ansamblının, xor və   rəqs kollektivlərinin, xanəndəlik sinfi şagirdlərinin və digər ixtisaslar üzrə şagirdlərin, eyni zamanda məktəbin xanəndəlik ixtisası üzrə müəllimi Xəlil Xəlilovun ifasında məktəb müəllimlərindən ibarət ansamblın müşayəti ilə gözəl musiqilər səsləndirilib. Bundan başqa  Bahar qızının Novruzun simvolu olan Səməni ilə gəlişi tədbirə rəngarənglik gətirib.Tədbirdə həmkarlar təşkilat  komitəsinin sədri Nəzakət Qarayeva məktəbin nağara ixtisası üzrə qocaman müəllimi Şahlar Abdullayevin 65 yası tamam olması münasibəti ilə həmkarlar adından  hədiyyələr verərək təbrik edib. Tədbirin yekununda  məktəbin təsviri incəsənət ixtisası üzrə şagirdlərinin hazırladıqları “Novruz-Bahar”  bayramı  mövzusunda əl işləri nümayiş olunub.