Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayonunda ”Əli Kərim işığında” adlı dəyirmi masa keçirilib.

20.03.2019

18.03.2019-cu il tarixdə  Göyçay rayon Mərkəzi Kitabxanasının əməkdaşları rayon Gənclər Mərkəzi ilə birgə şair Əli Kərimin doğum günü münasibətilə "Əli Kərim işığında"  adlı dəyirmi masa keçiriblər.Toplantını giriş sözü ilə açan Göyçay Gənclər Mərkəzinin direktoru Anar Nağıyev Əli Kərimin həyat və yaradıcılığından geniş məlumat verib. Sonra Mirzə Ələkbər Sabir adına Mərkəzi kitabxananın Uşaq şöbəsinin müdiri Sahilə Əliyeva, kitabxananın əməkdaşları Gülarə Bədirova, Pərvanə Həsənova, Azərbaycan dili və Ədəbiyyat müəllimi Aysel Məmmədova, Mərkəzin təşkilatçısı Gülşən Muradova çıxış edərək Göyçay rayonunda dünyaya göz açan şair Əli Kərim  haqqında söylənilən  xatirələrdən danışıblar. Göyçay Gənclər Mərkəzinin poliqrafiya kabinetinin rəhbəri Coşqun İsmayılov şairin şerlərini söyləyib. Sonda toplantı iştirakçıları şəhərin Əli Kərim parkında olublar. Şairin qəbri ziyarət olunub, ruhuna dualar oxunaraq, məzarı üstünə tər qərənfillər düzüblər.